İstanbuldakı kitabxanaya Polad Həşimovun adı veriləcəkbackend

İstanbuldakı kitabxanaya Polad Həşimovun adı veriləcək

Bu ilin iyulunda sərhəddə erməni təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan generalı Polad Həşimovun adı Türkiyə tərəfindən növbəti dəfə əbədiləşdiriləcək.

PARLA xəbər verir ki, bu barədə qərar İstanbul Universitetinin “Azərbaycan-Türkiyə” Mədəniyyət və Həmrəylik Birliyi üzvlərinin təşəbbüsü ilə qəbul edilib. Qərara görə İstanbulda Polad Həşimovun adını daşıyacaq kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə – noyabrın 9-da olacaq.

Qeyd edək ki, bir neçə gün öncə İzmirdə yerləşən parklardan birinə generalın adı verilib.

www.parla.az