Prezident İlham Əliyev Azərbaycan Ordusunun işğaldan azad etdiyi növbəti ərazilərin adlarını açıqlayıb.
PARLA xəbər verir ki, Ali Baş Komandan bu barədə məlumatı öz tvitter hesabında paylaşıb:
“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”