İşğaldan azad olunan ərazilərə qaz çəkilirbackend

İşğaldan azad olunan ərazilərə qaz çəkilir

İşğaldan azad edilmiş rayonların yaşayış məntəqələrində artıq infrastruktur layihələrinə start verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə “Azəriqaz” bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

“İstehsalat Birliyi işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır”, – deyə qurum bəyan edib.

www.parla.az