“Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər” ballistik taktiki raket sistemindən istifadə olunub” deyən Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan istintaqa cəlb olunub.
PARLA erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Akopyan özü bildirib. Xüsusi İstintaq Xidmətinə aparılan erməni general-polkovnik ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Akopyan dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.