İran Ermənistana yardım göndərməyə davam edir: Həbs edilən soydaşlarımızın sayı artır – FOTO – VİDEObackend

İran Ermənistana yardım göndərməyə davam edir: Həbs edilən soydaşlarımızın sayı artır - FOTO - VİDEO

İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasına dair yeni görüntülər yayılıb.

PARLA-nın məlumatına görə, sosial şəbəkələrdə yayılan videolardan aydın görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

Buna etiraz edən İranda yaşayan azərbaycanlıların həmin maşınlardan bir neçəsini yandırdığına dair videolar paylaşılıb.

İran hökuməti etirazçıları həbs edir, onlara işgəncələr verir. PARLA dünən həbs olunan soydaşlarımızın adlarını şəkillərini paylaşmışdı. Lakin verilən məlumata görə Ərdəbildə tutulan milli fəalların sayı artıb

Əsgər Əkbərzadə, Morteza Pərvin, Möctəbə Pərvin, Mostafa Pərvin və Məhəmməd Colani ilə yanaşı, daha 5 məhbusun adları belədir:

Mehdi Hooshmand

Pərviz Siabi

Səccad Colani

Hüseyin Balaxani

Hamed Heydari Baris

Ərdəbilin Şəhriar məhəlləsindəki Ceral Parkda Ermənistan tərəfindən işğal olunmuş Qarabağın azad edilməsinə dəstək üçün milli fəalların Ərdəbildə toplanmasının ardından təhlükəsizlik qüvvələri onları döyüb həbs etmək üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Əsgər Əkbərzadənin qulaq və göz nahiyəsindən zədə alıb, Hüseyin Balaxani və Pərviz Siabi qolu sındırılıb, Möctaba Pərvin zərbədən ayağı çıxdığı, Morteza Parvin belini əzildiyi, Səccad Jolani (gözdən əlil qardaşımız!) döyülərək burnu sındığı deyilir. Bəhmən Xairjoo ayağından ağır xəsarət alıb.

Qeyd edək ki, tutulanların sayının artması ehtimalı var.

İran rəsmiləri hər nə qədər bu faktları təkzib etsələr də, faktlar və görüntülər başqa şey deyir.

 

www.parla.az