İrəvanda xalq ordusu yaradılacaq: Ermənistan MN ictimai müzakirəyə qanun layihələri təqdim edibbackend

İrəvanda xalq ordusu yaradılacaq: Ermənistan MN ictimai müzakirəyə qanun layihələri təqdim edib

Ermənistan Müdafiə Nazirliyi ictimai müzakirəyə qanun layihələri təqdim edib. Bu layihələrə əsasən, İrəvan şəhərində xalq ordusunun yaradılması və idarə edilməsi, insanların toplanması ilə bağlı münasibətlər müəyyənləşdirilir.

PARLA xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

“Qanun layihəsinin təqdim olunması Ermənistanın müdafiəsinə ümumi və ümumilli xarakter vermək, rəqibin istənilən mümkün təcavüzlərinə layiqli və lazımi əks-zərbə vurmaq məqsədilə vətəndaşların könüllülük prinsipi ilə xalq ordusu sisteminə cəlb olunması və təşkil olunma zərurətindən irəli gəlir”, – deyə Stepanyan qeyd edib.

https://iravaban.net/287391.html

www.parla.az