İlham Əliyev: “Xoşbəxt adamamki ata vəsiyyətini yerinə yetirdim”backend

İlham Əliyev: "Xoşbəxt adamamki ata vəsiyyətini yerinə yetirdim"

“Biz azərbaycanlıyıq. Biz intiqamı döyüş meydanında almalıyıq, alırıq da. Düşməni qovuruq, qovacağıq da”.

PARLA xəbər verir ki, bu sözləri bu gün Şuşanın işğaldan azad olunması xəbərini xalqa verən Prezident İlham Əliyev deyib:

“Bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim. Ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamamki ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdim. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun, azərbaycanlılar!”

Azərbaycanın beynəlxalq aləmdəki güclü mövqeyindən danışan prezident yumruq kimi birləşdiyimizi xüsusilə vurğulayıb:

“Bu gün biz bütün dünyaya göstərir ki, necə böyük dövlətik, yenilməz xalqıq, məğrur xalqıq. Döyüş meydanında düşmənə yerini göstəririk. Dəfələrlə Azərbaycan xalqına müraciətimdə yumruq göstərmişdim. Bu elə- belə yumruq deyil. Biz bu yumruqla düşmənin başını əzirik. Hər kəs gücümüzü görür. Bu yumruq həm də bizim birliyimizin yumruğudur”.

www.parla.az