İlham Əliyev: “Onları iti qovan kimi qovuruq. Mənim şərtim birdir”backend

İlham Əliyev: “Onları iti qovan kimi qovuruq. Mənim şərtim birdir"

“Onları iti qovan kimi qovuruq. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarımızda indi Azərbaycan bayrağı qaldırılır”.

PARLA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib:

“Onların səngərlərində Azərbaycan əsgəri dayanır. Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Onların digər silahlı texnikası, yük maşınları bizim əlimizdədir. Biz xilaskar missiyamızı icra edirik və edəcəyik. Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil. Bizə 7 şərt irəli sürür. Sən kimsən ki bizə şərt qoyursan?! İndi baxım görümnə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun”.

“Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram.

Desin ki, Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Və sonuncu şərt – qrafik versin. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli versin bizə. Onda biz, əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”, deyə Prezident vurğulayıb.

www.parla.az