İlham Əliyev Gəncəyə edilən hücumdan yazdı: “Azərbaycanın 41 mülki şəxsi həlak olub”backend

İlham Əliyev Gəncəyə edilən hücumdan yazdı: "Azərbaycanın 41 mülki şəxsi həlak olub"

“Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.”

PARLA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev öz Twitter səhifəsində yazıb.

Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir.

Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!

Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”

www.parla.az