İlham Əliyev bu şəxsi təltif etdi – SƏRƏNCAMbackend

İlham Əliyev bu şəxsi təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Yaşar Əliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

PARLA-nın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.

1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib.

1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləyib.

2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.

2011-ci ildən 2010-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini tutub.

2020-ci ilin mayında Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub və həqiqi hərbi xidmətə qəbul olunub, eləcə də general-leytenant hərbi rütbəsi verilib.

1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, bir övladı var.

www.parla.az