İctimai Fəal: Gənclər təşkilatları, aldığınız qrantlar haramınız olsunbackend

İctimai Fəal: Gənclər təşkilatları, aldığınız qrantlar haramınız olsun

“Gənclər təşkilatları və digər ictimai birliklər görürsünüzmü bu günə qədər aldığınız qrantlar sizə haram idi ???”

PARLA xəbər verir ki, bu sözləri İctimai Fəal Tural İsaqov öz Facebook səhifəsində yazıb.

“Niyə görmürük sizin qurduğunuz vətəndaş cəmiyyətini, niyə görmürük ətrafınıza topladığınız onminlərlə fəal gənci ???

Pandemiya dövründə, iyul döyüşlərində, xaricdə baş verən hadisələrdə niyə fəallıq nümayiş etdirmirsiniz ???

3-5 QHT sinəsini verib qabağa onları da sağdan da vururlar, soldan da …

Düşünürəm ki, artıq bu sahədə ciddi islahatlar aparılmalıdır.

Artıq bəs deyilmi minlərlə lazımsız QHT -lərə ayrılan nəticəsiz vəsaitlər ???

Olmazdımı ki, 3 QHT olardı amma təmiz QHT olardı ???

– Bu nə pərakəndəlikdir ???

– Bu nə fikir ayrılıqlarıdır?

– Hanı sizin birlik adına aldığınız qrantların nəticələri ???

– Hanı sizin İKT sahəsində həyata keçirdiyiniz layihələrin nəticələri?

– Hanı vətənpərvərlik mövzusunda çəkdiyiniz əziyyətlərin nəticələri?

Görürsünüzmü gördüyünüz işlər boş və mənasız, gözdən pərdə asmaq xatirinə idi???

Görürsünüzmü sizin vətəndaş cəmiyyətinin qurulmasına ayrılan vəsaiti kef məclislərinə xərcləməyinizin nəticələrini???

Utanırsınızmı heç olmasa???

Ağzınıza su alıb oturmaqla deyil … Bu günlər üçün lazım idiniz … ”

İndi zəhmət çəkin yediklərinizi qaytarın …

Qaytara bilmirsinizsə rədd olun bir dəfəlik bir də gözümüzə görünməyin!!!”

 

www.parla.az