Hotel, sauna, hovuz və fitnes xidmətlərinin fəaliyyəti ilə bağlı qaydalar açıqlandı – VİDEObackend

Hotel, sauna, hovuz və fitnes xidmətlərinin fəaliyyəti ilə bağlı qaydalar açıqlandı - VİDEO

Hotellər yeni tətbiq olunan qaydalar çərçivəsində işləyəcək.

PARLA-nın xəbərinə görə, Nazirlər Kabineti mehmanxanaların yeni fəaliyyət qaydasını təsdiqləyib.

Yeni qaydalara görə, mehmanxanaya daxil olan qonağın hərarəti ölçüləcək. Bununla yanaşı, hotelə əvvəlcədən yer rezerv edən və işgüzar məqsədlə gələnlər buraxılacaq. Yalnız bu şəxslərə mehmanxananın daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından istifadəyə icazə veriləcək.

Qaydalara əsasən, hotelin işçiləri hər həftə COVID-19 testindən keçməlidirlər. Xəstəlik ehtimalı olduqda isə test dərhal keçiriləcək.

80-dən artıq yeri olan otellərdə nəzarət qrupu yaradılacaq. Digərlərində isə operativ məsul şəxs təyin ediləcək.

Hotellərin hər tərəfində dezinfeksiya ləvazimatları yerləşdiriləcək.

Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov bildirib ki, hotellərdə həmçinin fitnes və hovuzlar da olacaq: “Hotellərdə fitnes, sauna, hovuz, hamam, spa, konfrans və s. xidmətlər leqal fəaliyyət göstərəcək. Müəyyən qaydalar çərçivəsində onlar bu xidmətləri təşkil etməli olacaqlar”.

www.parla.az