Hikmət Hacıyev: “Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı”backend

Hikmət Hacıyev: "Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı"

“Paşinyanın bəyanatı öz xalqını aldatmağa yönəlmiş yalan və cəfəngiyyatdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə İlham Əliyevlə görüşü barədə açıqlamasını şərh edərkən deyib.

Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində, guya Azərbaycan Prezidenti ilə Düşənbədə görüşü zamanı İlham Əliyevin ondan “Azərbaycandakı vəziyyət barədə danışmaqdan çəkinməsini” xahiş etdiyini bildirmişdi.

“Düşənbədə nə baş verdiyini hər kəs yaxşı bilir. Paşinyan Prezident İlham Əliyevə üz tutaraq ona münaqişə və danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı. Onu da əlavə etmək istərdim ki, Paşinyandan fərqli olaraq Prezident İlham Əliyev hər zaman xalqına həqiqəti danışır. Düşənbədə keçirilən iclaslarda Rusiya, Tacikistan və digər dövlətlərin başçıları iştirak ediblər, hansı ki, bu prosesin şahidi olublar. Bu səbəbdən çətin vəziyyətə düşən Paşinyan, xalqını bir daha aldatmasaydı daha yaxşı olardı”, – deyə Hikmət Hacıyev vurğulayıb.

www.parla.az