Hikmət Hacıyev: “Orduda kütləvi yoluxma halları yoxdur”backend

Hikmət Hacıyev: "Orduda kütləvi yoluxma halları yoxdur"

“Koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb. Silahlı Qüvvələrimizin tərkibində yoluxma halları kütləvi şəkildə özünü biruzə verməyib”.

PARLA xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, çağırışçılar da ordumuzun tərkibinə qoşulan zaman onlardan test götürülür:

“Bizim yaralı əsgərlərimiz var. Onların da yoluxmaması bizim qarşımızda duran əsas vəzifədir. Biz Vətən müharibəsində qalib olduq, bunda da qalib olmalıyıq”.

www.parla.az