Hikmət Hacıyev mülki vətəndaşlara qarşı müharibə cinayətlərindən yazdı – STATİSTİKAbackend

Hikmət Hacıyev mülki vətəndaşlara qarşı müharibə cinayətlərindən yazdı - STATİSTİKA

Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəf alması davam edir. Bu barədə son fakt və məlumatları prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

“Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı  müharibə cinayətləri davam edir.

20 oktyabrda 6 şəhərə 498 mərmi atılıb.

Tərtər – 423, Ağdam – 49, Ağcabədi – 24, Goranboy – 2 mərmi.

4 raket və 3 dron hücumu olub. Naftalan və Goranboya “Smerç” raketləri atılıb.

Tərtərdə 2 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb”,- deyə Prezidentin köməkçisi qeyd edib.

 

www.parla.az