Hafiz Hacıyev əsəbiləşdi: “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”backend

Hafiz Hacıyev əsəbiləşdi: “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”

“Mənə yol polisi 1 manat cərimə belə yazmayıb. Sürücülük hüququmun alınması xəbərləri də yalandır”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilməsi haqqında mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu xəbəri kimsə məqsədli şəkildə yayıb:

“Boş-boş söhbətlərdir. Elə böyüdüb, yazıblar ki, elə bil məhkəmənin qərarı var. Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?! Bizi istəməyən qüvvələr belə yalan məlumatları yayırlar, qoy yaysınlar. Əhəmiyyət verməyin!”.

Qeyd edək ki, Avtosfer.az saytının yaydığı məlumata görə, partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olması onun sürücülükdən məhrum edilməsinə gətirib çıxarıb.

www.parla.az