Hadrutda xəyalındakı maşını görən əsgərin arzusu reallaşdı – FOTObackend

Hadrutda xəyalındakı maşını görən əsgərin arzusu reallaşdı - FOTO

Hadrut uğrunda döyüşlərdə iştirak edən əsgərlərimizdən birinin arzusu reallaşıb.

Belə ki, bir neçə gün öncə yayılmış videolardan birində Hadrut ərazisinə daxil olan əsgər Mersedes markalı maşını görüb yoldaşlarına “gəl, götürək, xəyalım olub bu maşın” demişdi.

Bu görüntülərdən təsirlənən Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi adını bilmədiyi həmin əsgərə eyni maşını alaraq hədiyyə etdiyini bildirib.

PARLA xəbər verir ki, bu haqqda Fərid Novruzi şəxsi Feysbuk hesabında yazıb:

“Əziz dostlar, Sözümüz sözdür! Hadrut uğrunda
döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, Sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!
P.S. maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)”.

www.parla.az