Hadisə şahidi NTV-nin aparıcısının öldüyü təyyarə qəzasının təfərrüatlarından danışdı – VİDEObackend

Hadisə şahidi NTV-nin aparıcısının öldüyü təyyarə qəzasının təfərrüatlarından danışdı - VİDEO

Rusiya paytaxtında NTV-nin aparıcısının öldüyü təyyarə qəzasının təfərrüatları bəlli olub.

360 TV-nin məlumatına görə, bu barədə hadisə şahidi Sergey Vijutoviç danışıb.

Onun sözlərinə görə, pilot son ana qədər təyyarəni yaşayış binalarından, yollardan və elektrik xətlərindən uzaqlaşdırmağa çalışıb, təyyarədə nəzarəti demək olar ki, itirməsinə baxmayaraq, onu tarlaya endirməyə çalışıb.

“Qəhrəman kimi öldü.… Təyyarənin düşdüyünü anladıqları zaman nə hiss etdiklərini bilmirəm. Sürət aşağı idi, onu artıq idarə etmək mümkün deyildi və… bir anda yerə çırpıldı”.

Vijutoviçin sözlərinə görə, təyyarə yerə dəydikdən dərhal sonra alovlanıb, bir neçə saniyə sonra çən partlayıb və alov bir neçə metr yüksəyə qalxıb. Şahid əlavə edib ki, təyyarə 15 dəqiqə yanmağa davam etdiyi üçün pilotun xilas olmaq şansı yox idi.

Qeyd edək ki, Moskvada “Cessna” yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub.

RF Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faciəyə səbəb mühərrikdə nasazlıq olub. (Oxu.az)

www.parla.az