Hadı Rəcəblinin ailəsi nikah mərasimindən danışdı: Mərasimdə Emin Ağalarov da iştirak edibbackend

Hadı Rəcəblinin ailəsi nikah mərasimindən danışdı: Mərasimdə Emin Ağalarov da iştirak edib

Bəzi KİV-lərdə sabiq deputat Hadi Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.

PARLA Modern.az-a istinadən xəbər verir ki, Hadi Rəcəblinin ailəsinin sözlərinə görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:

“Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi – oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında – açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:

“Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov (“Sea Breeze” restoranın sahibi-red.) da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.

Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.

www.parla.az