Hərbi xidmətə yollananlardan COVİD 19 testi götürülürbackend

Hərbi xidmətə yollananlardan COVİD 19 testi götürülür

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsində monitorinq keçirib.

PARLA “Qafqazinfo”ya istinadən bildirir ki, məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 08:00-dan saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması səbəbindən məntəqələrə əlavə tibb işçiləri cəlb olunub.

İşçi qrupunun üzvü Nailə Daşdəmirovanın sözlərinə görə,  sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub:

“Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümunələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir neçə saat ərzində əldə olunur, nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”.

www.parla.az