Hər iki valideynini itirmiş Xədicə ana nənəsinin himayəsinə verildi – RƏSMİbackend

Hər iki valideynini itirmiş Xədicə ana nənəsinin himayəsinə verildi - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumları nəticəsində hər iki valideynini itirmiş 3 yaşlı Şahnəzərli Xədicə Röyal qızı barəsində sosial şəbəkələrdə video görüntülər yayılıb.

Xədicə hazırda ana tərəfindən nənə və babasının himayəsində yaşasa da, bir müddət öncə ata qohumları – nənəsi və əmisi onu aparmağa çalışıb.

Hazırda hər iki ailənin Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciəti əsasında aidiyyatı dövlət qurumlarına sorğular verilməklə müvafiq araşdırmalar aparılır. Araşdırma müddətində Xədicənin psixioloji durumu nəzərə alınaraq nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşaması Qəyyumluq və Himayəçilik orqanı tərəfindən məqsədəuyğun hesab edilib.

 

www.parla.az