Gürcüstanda seçkilər bitdi, ilkin nəticələr açıqlandıbackend

Gürcüstanda seçkilər bitdi, ilkin nəticələr açıqlandı

Oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. 

PARLA xəbər verir ki, 3 657 seçki məntəqəsi üzrə 3 526 023 Gürcüstan vətəndaşı, o cümlədən 14 170 nəfərin ölkə xaricində səs vermək hüququ olub. Ümumilikdə seçkilərə 57 partiya və iki blok iştirak edir.

ABŞ-ın “Public Opinion Strategies” şirkətinin məlumatına görə, 55% səslə “Gürcü arzusu” partiyası liderdir. 23% səslə Vahid Milli Hərəkat Partiyası ikinci yerdə, 3% səslə Avropalı Gürcüstan Partiyası üçüncü yerdədir.

Qeyd edək ki, artıq “Gürcü arzusu” partiyasının mərkəzi qərargahının önündə qələbə ilə bağlı tədbir keçirilir. Partiya lideri Bidzina İvanaşvili bu münasibətlə siyasi həmfikirlərini təbrik edib.

 

www.parla.az