Gülnarə Kərimovanın İsveçrədəki pulları ölkəyə qaytarılır – ANLAŞMAbackend

Gülnarə Kərimovanın İsveçrədəki pulları ölkəyə qaytarılır - ANLAŞMA

İsveçrə Özbəkistanla mərhum Özbəkistan prezidentinin böyük qızı Gülnara Kərimovaya qarşı çirkli pulların yuyulması istintaqı çərçivəsində müsadirə olunan əmlakın Orta Asiya ölkəsinə qaytarılması şərtləri ilə razılaşıb.

PARLA-nın xarici mediaya verilən xəbərə görə, iki ölkənin imzaladığı müqavilədə 2012-ci ildə Gülnara Kərimovaya məxsus İsveçrə hesablarından ələ keçirilmiş 131 milyon dollar (CHF119 milyon) dəyərində mal varlığı Özbəkistana qaytarılacaq.

İsveçrə hökuməti qanuni qüvvəyə minməmişdən əvvəl rəsmiləşdirilməli olan müqavilənin Özbəkistanın “Özbəkistan xalqının yaşayış şəraitini yaxşılaşdırmaq üçün” istifadə etməsini, vəsaiti davamlı layihələrə yatırmasını və şəffaf monitorinqi təmin etməsini tələb edəcək.

www.parla.az