Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı – VİDEObackend

Göyərtədə darıxan qadın “hava almaq” üçün təyyarənin qanadına çıxdı - VİDEO

Göyərtədə darıxan qadın sərnişin “hava almaq” üçün təyyarənin qanadına çıxıb.

PARLA “ЦТС” kanalına istinadən xəbər verir ki, kadrlar Ukraynanın Borispol aeroportundandır.

“Xanım sadəcə təmiz hava almaq üçün çıxıb. Özü qəza qapısını açdı, aeroport mənzərəsinə tamaşa etmək üçün təyyarənin qanadında oturdu”, – deyə kadrların müəllifi bildirib.

Polis nümayəndələri və həkimlər sərnişindən bu hərəkətin səbəblərini aydınlaşdırmağa çalışsalar da, adekvat cavab ala bilməyiblər. Sərnişinin spirt və ya narkotik maddələrin təsiri altında olmadığı da müəyyən edilmişdir.

www.parla.az