Gənclər təşkilatları hüquq mühafizə orqanlarına müraciət etdilərbackend

Gənclər təşkilatları hüquq mühafizə orqanlarına müraciət etdilər

Gənclər təşkilatları son günlər sosial şəbəkələrdə təxribat xarakterli materialların paylaşılmasından narahatlıq keçirərək hüquq mühafizə orqanlarına müraciət ünvanlayıblar.

PARLA-nın xəbərinə görə, məlum olduğu kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər davam edir. Ordumuz düşmənin xain hücumunun qarşısını alaraq onların xeyli sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını, canlı qüvvəsini məhv etmişdir. Düşmən gizlətməyə çalışsa da, çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Gənclər təşkilatları bu günlərdə müxtəlif şəxslər tərəfindən internet resurslarında təxribat xarakterli foto və videomaterialların, səs yazılarının, habelə insanlar arasında çaşqınlıq yaradan çağırışlar edildiyinin şahidi olmuş, bunları dövlətimizə və millətimizə ən böyük xəyanət kimi qiymətləndirmişlər.

Onlar erməni maraqlarına xidmət edən Rəşad Məmmədov adlı şəxsin və digərlərinin sosial şəbəkələrdə paylaşdığı təxribatçı, yalan videodan, səs yazısından, foto və video görüntülərdən daha da qəzəblənərək, insanları təşvişə salan məlumatlar yayan bu şəxsin ən ağır formada cəzalandırılmasını tələb etmişlər.

Gənclər təşkilatları Rəşad Məmmədov və onun kimi təxribat xarakterli materiallar yayanların əsl niyyətlərinin ifşa olunmasını, onların əməlinin dövlətə xəyanət kimi qiymətləndirilməsini və layiqli cəza almalarını tələb etmişlər.

Hüquq mühafizə orqanlarına ünvanlanan müraciəti aşağıdakı gənclər təşkilatları imzalamışlar:

1. “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi
2. “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyi
3. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
4. Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti
5. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
6. “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi
7. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi
8. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
9. Gənc Sahibkarlar Klubu ictimai Birliyi
10. Gənc Vətənpərvərlər Birliyi
11. Gənc Mühasiblər İctimai Birliyi
12. “İslahatçı Gənclər” İctimai Birliyi
13. Resurs Gənclərin İnkişafı İctimai Birliyi
14. Azərbaycan Tələbələr Birliyi
15. Gənclərin Həmrəyliyi İctimai Birliyi
16. “Azəri Yurdu” Gənclər İctimai Birliyi
17. Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
18. Gənclərin Sosial və İqtisadi İnkişafına Yardım İctimai Birliyi
19. Türkiyə Universitetləri Məzunları İctimai Birliyi
20. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasi İctimai Birliyi
21. “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi
22. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi
23. Yurd – Gənclərin İntellektual İnkişafına Dəstək
24. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi
25. “İdeal Gələcək” Gənclər İctimai Birliyi
26. Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti
27. İstedadlı və Yaradıcı Gənclərə Dəstək İctimai Birliyi
28. Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi
29. Elitar Gənc Biznesmenlər Mərkəzi
30. Azərbaycan Maarifçi Gənclər Təşkilatı
31. “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi
32. “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi
33. “Uğurlu gələcək” Gənclər İctimai Birliyi
34. “Saf Həyat Naminə” Gənclər İctimai Birliyi
35. Gənclər Şəbəkəsi Təşəbbüsü İctimai Birliyi
36. Azərbaycan Latın Amerika Gənclərinin Dostluğu İctimai Birliyi
37. İnnovasiyaya Doğru Gənclərə Dəstək İctimai Birliyi
38. Azərbaycan Gənc Marketoloq – Reklamçılar İctimai Birliyi
39. Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyi
40. Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi
41. Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası
42. “Elm Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək” İctimai Birliyi
43. Gənclərin Elmi Araşdırmalar Mərkəzi ictimai birliyi
44. İnnovativ Gənclər İctimai Birliyi
45. “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi
46. Gənc Politoloqlar Mərkəzi İctimai Birliyi
47. Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyi
48. Gənclərin Dostluq Şəbəkəsi İctimai Birliyi
49. Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyi
50. Etimad-Uşaq və Gənclərə Psixoloji Dayaq İctimai
51. Biləsuvar Yeniyətmə və Gəncləri İctimai Birliyi
52. Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi
53. “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclərin İctimai Birliyi
54. “Bizim Gənclik” İctimai Birliyi
55. “Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi

Bakı şəhəri, 16 iyul 2020-ci il

www.parla.az