Gənclər təşkilatı rəhbəri BDU rəhbərliyinə səsləndibackend

Gənclər təşkilatı rəhbəri BDU rəhbərliyinə səsləndi

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin l kurs tələbəsi Pərviz Məhəmmədovun Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı yayılan video geniş müzakirəyə səbəb olub.
PARLA xəbər verir ki, təkcə tələbənin bu hərəkəti tənqid edilmir, həm də ona verilən cəza qınanılır.
Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə sosial şəbəkədəki hesabında bu məsələyə münasibət bildirib:
“İnsanları silib atmaq çox asandır. Bəs maariflənmiş cəmiyyət qurmaq əsas hədəfimiz idi, nə oldu?
İllərdir cinayət törədən uşaqlara deyirəm ki, siz bu gündən bizim təşkilatın üzvüsünüz. Onları vəkil ilə təmin edirik ki, az cəza çəkib cəmiyyətə tez qayıdıb sürətli adaptasiya olsunlar. Uğur qazanan gəncin arxasından hamı göbələk kimi çıxıb “bizim ali məktəbi bitirib, filan vaxtı ona filan şeyi eləmişəm, uğurunda mənim də payım var” deyirsiz.
BDU-dan qovulan tələbə də bizimdir. Yanlışı, doğrusu ilə. Səhv edib? Qələt edib. Gəncdir, səhv etmək haqqı var. Bizə düşən ona doğru yolu göstərmək, öz sıralarımıza almaqdır. Qovduq? Nə oldu? Təhsilsiz bir gəncə sahib olduq və ya cəmiyyətdən küsüb xaricə getdi və onun növbəti mərhələdə beynini dolduran şəxslərin əlinə keçdi, oturdu xaricdə hamıya qarşı aqressiyalı, hamıdan küskün bir obraz yarandı. Praktikada az olub?
Bakı Dövlət Universitetinin rəsmi səhifəsi tezliklə gənci ali təhsil müəssisəsinə bərpa etməlidir.
Hər kəsin təhsil alma hüququ var, bir hərəkətə görə universitet rəhbərliyinin özbaşına hakimlik etməsi yolverilməzdir”.

www.parla.az