Gəncədə həlak olan yeniyetmələrdən biri Rusiya vətəndaşıdırbackend

Gəncədə həlak olan yeniyetmələrdən biri Rusiya vətəndaşıdır

“Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir”.

PARLA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin “Smerç” raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Onu da qeyd edək ki, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həkimlərin səylərinə baxmayaraq bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vasilyeviç Gəncəyə bibisigilə qonaq gəldiyi bildirilir.

Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaq. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib.

Rusiyanın Azərbaycandakı səfirliyi Mayakov Artur Vasilyeviçlə bağlı məlumat yayıb. Səfirliyin tvitter hesabında yayılan məlumatda bildirilir:

“24 oktyabrda Gəncə şəhərindəki bir xəstəxanada 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov, 17 oktyabrda raket hücumu nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir”.

www.parla.az