Gəncədə daha 2 uşağın cəsədi çıxarıldı və FHN işini yekunlaşdırdıbackend

Gəncədə daha 2 uşağın cəsədi çıxarıldı və FHN işini yekunlaşdırdı

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Fövqəladə Hallar Nazirliyindən PARLA-ya verilən məlumata görə, bu gün dağıntılar altında qalan sonuncu iki uşağın cəsədi çıxarılıb.

Qeyd edək ki, axtarış-xilasetmə işləri zamanı Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Bu günə kimi dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Hazırda dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

www.parla.az