Gəncə terrorunun balaca qurbanı: “Anamın qoxusu üçün darıxmışam” – VİDEObackend

Gəncə terrorunun balaca qurbanı: "Anamın qoxusu üçün darıxmışam" - VİDEO

Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı yeni videoçarx hazırlanıb. 

PARLA xəbər verir ki, videoçarx Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması nəticəsində yaxınlarını itirən uşaqlardan bəhs edir. Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib.

Beynəlxalq ictimaiyyətin də bu terror hadisəsindən xəbərdar olması üçün ingiliscə altyazı verilib.

Qeyd edək ki, layihə Azərbaycan Radiosu (105 FM) və Azərbaycan Televiziyasının Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşəbbüsü ilə ərsəyə gəlib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb. (Qafqazinfo.az)

www.parla.az