Dünya futbol əfsanəsi Dieqo Armando Maradona vəfat edib.
Argentina hökuməti Dieqo Maradonanın ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.
CNN-in məlumatına görə, argentinalı dünya çempionu 60 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, Maradona 11 noyabrda xəstəxanadan evə yazılmışdı. O, subdural hematomadan əməliyyat olunmuşdu.