Fransada yaşayan həmyerlimiz Fuad Muradovun verdiyi mükafatdan imtina etdibackend

Fransada yaşayan həmyerlimiz Fuad Muradovun verdiyi mükafatdan imtina etdi

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medal və təşəkkürnamələrlə təltif edib.

PARLA xəbər verir ki, hər zaman Azərbaycan maraqlarına xidmət edən, Vətən müharibəsi zamanı ən çox təzyiqlə üzləşdiyimiz Fransada yaşayan və orada davamlı təbliğat aparan həmyerlimiz Aytən Muradova göstərdiyi fəallığa görə diasporanın mükafatına layiq görülsə də, bundan imtina edib. Onun fikrincə mükafatlandırma zamanı haqqsızlıqlar edilib.

“Diaspor Komitəsinin mənə verdiyi təşəkkürnamədən imtina edirəm. Vətən müharibəsi başlayandan gecə-gündüz işləyən adamların adlarının çəkilməməsi, təsadüfi adamlara isə medal və ya təşəkkürnamələrin verilməsi heç ürəkaçan deyil.
Ermənilərin çox olduğu bu ölkədə bizim gördüyümüz işlərə belə laqeydlik qəbuledilməzdir! Mərdi qovub namərd etmək üsuludur.

Fransa Koordinasiya Şurasının işçi qrupunda əslən Şuşadan, Xocalıdan olan aktiv gənclərimiz var. Heç birinin adı belə çəkilmədi. Amma Qarabağ adından qorxan və Qarabağ adının çəkilməsindən ehtiyat edən adama təşəkkürnamə verilib. Müharibə kimin bizə dost, kimin isə düşmən olduğunu göstərdi. Deyəsən bircə Diaspor Komitəsinə bu hələ də aydın olmayıb!

Biz onsuz da bu işləri öz istəyimizlə, öz ürəyimizin çağırışı ilə görmüşük, öz ölkəmiz üçün mükafat və ya təşəkkür gözləməyərək bacardığımız, əlimizdən gələn nə mümkündürsə etməyə çalışmışıq və kimin qiymət verib-verməməsindən asılı olmayaraq yenə də davam edəcəyik.
Bu işi hansısa təşəkkür və ya mükafat üçün görməmişik və bundan sonra da görməcəyik.
Bizim üçun ən böyûk mükafat Azərbaycan xalqının, ordusunun, ölkəmizin rəhbəri Prezidentimizin düşmən üzərindəki Zəfəridir! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Onları yetişdirən valideynlərin əllərindən öpürük! Vətən sağ olsun! Qarabağ Azərbaycandır!” – deyə, o açıqlamasında bildirib.

www.parla.az