Fransada Qarabağ həqiqətlərindən bəhs edən musiqi səsləndibackend

Fransada Qarabağ həqiqətlərindən bəhs edən musiqi səsləndi

Müharibə şəraitində olan Azərbaycan vətəndaşları dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq beynəlxalq aləmdə səslərini çatdırmağa çalışırlar.

PARLA xəbər verir ki, Fransada yaşayan və təhsil alan prezident təqaüdçüsü və mükafatçısı Ağarəhim Quliyev də müharibə başlayan ərəfədə yeni musiqi əsəri hazırlayaraq, geniş kütləyə təqdim edib.

Onun sözlərinə görə, bu pyesdə Azərbaycan xalqının kədərini, ağrısını ifadə etməyə, həqiqətləri dünyaya çatdırmağa çalışıb.

Qeyd edək ki, dünya arenasında məşhur fleyta ifaçıları Patrisia Naql, Salvator Lombardi, Cems Qalvay kimi musiqiçilərdən təhsil alan həmyerlilərimiz hazırda “Ecole Normale de Musique de Paris” konservatoriyasında oxuyur.

Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzində çəkilən ekran işini sizə təqdim edirik.

www.parla.az