Fransa XİN: “Dağlıq Qarabağın müstəqilliyini tanımayacağıq”backend

Fransa XİN: “Dağlıq Qarabağın müstəqilliyini tanımayacağıq”

Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian bu gün ölkə hökumətinin Milli Assambleyasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnaməsinə münasibətini açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, nazir qondarma rejimin müstəqilliyinin tanınmayacağını qeyd edib.

“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”, – deyə Jan İv Lö Drian Milli Assambleyada qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına dair qətnamənin müzakirəsi zamanı vurğulayıb.

www.parla.az