Fransa İran üzərindən Ermənistana silah göndərdibackend

Fransa İran üzərindən Ermənistana silah göndərdi

Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah və sursat idxal etməyə davam edir. Bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

Bundan əvvəl haqqin.az dəfələrlə hərbi yüklərin çatdırıldığı Rusiyadan Ermənistana çoxsaylı uçuşlar barədə yazmışdı.

Yalnız 3-dən 9-a qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr, ümumi çəkisi 20 tondan çox olan silah və sursat “humanitar” tədarükü həyata keçirdi.

Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi düzəlməz itkilərlə əlaqədardır.

Lakin Azeri Daily-yə məlum olduğu kimi Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.

Beləliklə, dünən axşam F-GKXY dövlət nömrə nişanlı bir Airbus A320-214 yük təyyarəsi Parisdəki Charles de Gaulle hava limanından İrəvana uçdu. Təyyarə İranın hava məkanından keçərək saat 00: 12-də Ermənistan paytaxtına çatdı.

www.parla.az