“Flydubai” bu tarixdə Bakıdan uçuşlara başlayırbackend

“Flydubai” bu tarixdə Bakıdan uçuşlara başlayır

Flydubai şirkəti profilaktik tədbirlərə uyğun olaraq 7 iyul 2020-ci il tarixindən etibarən 24 istiqamətdə beynəlxalq uçuşları bərpa edir.

Yay aylarında uçuş proqramının 66 istiqamətə qədər genişlənməsi, uçuşların tezliyinin artırılması da gözlənilir.

Flydubai şirkətinin baş ticarət direktoru Hamad Obeidallahın sözlərinə görə, 7 iyul 2020-ci il tarixindən uçuşlar üçün qeydiyyat açıqdır.

“Əvvəlcə 24 istiqamətə uçuşlar etməyi planlaşdırırıq, lakin vaxtaşırı yeni istiqamətlər əlavə edəcəyik və 66 istiqamətə uçuşların tezliyini artıracağıq, lakin bu, digər ölkələrin beynəlxalq uçuşları qəbul etmək istəyindən asılı olacaq”

Qeyd olunur ki, bütün uçuşlar yüksək dərəcədə təhlükəsizliklə həyata keçiriləcək və BƏƏ səlahiyyətliləri tərəfindən təyin edilmiş COVID-19 coronavirusun profilaktik tədbirlərinə tabe olacaqdır .

Aviaşirkətin 7 İyul 2020 tarixində açacağı istiqamətlər siyahısına aşağıdakılar daxildir:

Əddis-Əbəbə, İskəndəriyyə, Almatı, Amman, Bakı, Beyrut, Belqrad, Buxarest, Dubrovnik, İsfahan, Juba, Kabul, Xartum, Kiyev, Krakov, Lar, Nur Sultan, Praqa, Sarayevo, Şiraz, Sofiya, Tbilisi, Tehran, Yerevan.

BƏƏ vətəndaşları və sakinləri xarici dövlətlərin onları qəbul etməyə hazır olduqları təqdirdə 23 iyun 2020-ci ildən başlayaraq istənilən ölkəyə səyahətə başlaya bilərlər.

Komitə xarici turistləri Dubayda qəbul etməyi 7 iyul 2020-ci il tarixindən etibarən qərarlaşdırıb.

www.parla.az