Filipp Kirkorovun atası Berdos Kirkoryan Qarabağ üçün 2 milyon drama yaxın pul topladıbackend

Filipp Kirkorovun atası Berdos Kirkoryan Qarabağ üçün 2 milyon drama yaxın pul topladı

Rus pop səhnəsinin kralı Filipp Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkoryan diasporla birlikdə Qarabağ üçün 2 milyon 600 min rubl (təxminən 33 min dollar) pul topladı.

PARLA xəbər verir ki, o, bu barədə ” Podyem ” nəşrinə danışıb .

“Dostum və mən erməni diasporunun nümayəndəsiyik, dünən və bu gün Qarabağa yardıma 2 milyon 600 min rubl pul yığdıq.

Onun sözlərinə görə, xeyli sayda insan yaradılmış fonda pul köçürüb. Bedros Kirkorov qeyd edib ki, bu vəsatətlər BMT və digər beynəlxalq təşkilatlara göndərilməlidir.

Xatırladaq ki, Filipp Kirkorov atasından fərqli olaraq həmişə Azərbaycana öz sevgisini göstərmiş, bizim dildə mahnılar ifa etmiş, dəfələrlə Emin Ağalarovun dəvəti ilə “Jara” festivalında çıxış etmiş və Crystall Hall-da konsert vermişdir.

Eyni zamanda erməni əsilli Filipp Kirkorovla Aygün Kazımovanın dostluğunun tarixi də çox öncələrə dayanır. 2019-cu ildə onlar birlikdə olan “Jalma” duetinə klip çəkdiriblər.

A.Kazımova və F.Kirkorov ilk dəfə bu dueti 13 il əvvəl azərbaycanlı divanın Moskva Kremlində 35 yaşına həsr olunmuş konsertində səsləndiriblər.

F. Kirkorov sonuncu dəfə solo konserti ilə Bakıda 2019-cu ilin oktyabrında çıxış edib.

www.parla.az