Filipp Kirkorov erməni əsgərləri üçün dua etdi – FOTObackend

Filipp Kirkorov erməni əsgərləri üçün dua etdi - FOTO

Rusiyanın sevilən pop ulduzu Filipp Kirkorov erməni əsgərləri üçün dua edib.

PARLA xəbər verir ki, o, bu barədə Instagramda yazdığı şərhdə bildirib:

Filipp Kirkorov dəfələrlə Emin Ağalarovun dəvəti ilə “Jara” festivalında çıxış etmiş və Crystall Hall-da konsert vermişdir.

Eyni zamanda erməni əsilli Filipp Kirkorovla Aygün Kazımovanın dostluğunun tarixi də çox öncələrə dayanır. 2019-cu ildə onlar birlikdə olan “Jalma” duetinə klip çəkdiriblər.

A.Kazımova və F.Kirkorov ilk dəfə bu dueti 13 il əvvəl azərbaycanlı divanın Moskva Kremlində 35 yaşına həsr olunmuş konsertində səsləndiriblər.

F. Kirkorov sonuncu dəfə solo konserti ilə Bakıda 2019-cu ilin oktyabrında çıxış edib.

www.parla.az