Filipp Kirkorov ad gününü Bakıda keçirəcək – VİDEObackend

Filipp Kirkorov ad gününü Bakıda keçirəcək - VİDEO

Rusiyanın Xalq artisti Filipp Kirkorov növbəti ad gününü Bakıda keçirməyi planlaşdırır.

PARLA xəbər verir ki, bu haqda “Жара Music Awards” mərasimində deyilib. Bildirilib ki, artıq “Жара-2021″in hazırlıqlarına başlanılıb.

Beşincisi keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində Kirkorovun 54 yaşı münasibətilə tədbir təşkil olunacaq. Ondan əvvəl isə Filipp aprelin 30-da – ad günü günü Bakıda solo konsert verəcək.

2022-ci ildə də müğənni 55 illik yubileyini paytaxtımızda qeyd etməyi planlaşdırıb.

F. Kirkorov sonuncu dəfə solo konserti ilə Bakıda 2019-cu ilin oktyabrında çıxış edib. Konsert zamanı Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə yeni duetinin təqdimatı olmuşdu və tamaşaçılar səs-küylə qarşılamışdılar.

www.parla.az