FHN-nə tabe olan qurum 637 min manata layihə hazırlayacaqbackend

FHN-nə tabe olan qurum 637 min manata layihə hazırlayacaq

Mənzil İnşaat Dövlət Agentliyi(MİDA) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə 637 min 647 AZN dəyərində müqavilə imzalayıb.

PARLA xəbər verir k, müqavilə Hövsan qəsəbəsinin qərb hissəsində 18.81 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması məqsədilə bağlanıb. Layihəni FHN-nin tabeliyində olan “Azərdövlətlayihə” hazırlayacaq.

MİDA 2016-cı ildə yaradılıb. Qurumun fəaliyyətinin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir.

MİDA-nın İdarə Heyətinin sədri Sadıq Sadıqovdur.

www.parla.az