Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaqbackend

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.

PARLA-nın verdiyi xəbərə görə, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.

Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

www.parla.az