Fənərbaxça Qalatasarayı qabaqladıbackend

Fənərbaxça Qalatasarayı qabaqladı

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini gerçəkləşdirib.

PARLA-nın məlumatına görə, İstanbul klubu “Sivasspor”un futbolçusu Mert Hakan Yandaşla anlaşıb.

“Fənərbaxça” 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. O, 2025-ci ilin yayına qədər “sarı-lacivərdlilər”in formasını geyinəcək.

Müqaviləsi mövsümün sonunda başa çatan futbolçu yeni klubuna azad agent kimi keçəcək. Adı 6 aydır “Qalatasaray”la yanaşı hallanan Yandaş ilkin müqavilə imzalasa da, İstanbulun digər klubuna keçib. Buna səbəb “sarı-qırmızılar”ın aprelin 30-dək yerinə yetirilməli olan şərtləri icra etməməsidir.

Qeyd edək ki, Yandaş cari mövsümün 31 oyununda 10 qol vurub.

www.parla.az