Evi yanan ailə əlacsız qalıb – FOTObackend

Evi yanan ailə əlacsız qalıb - FOTO

Ötən həftə Abdulova Günel Alim qızına məxsus Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evdə yanğın hadisəsi baş verib.

PARLA-nın məlumatına görə, yanğından sonra evə çox böyük ziyan dəyib. Evin bütün əşyaları yarasız vəziyyətə düşüb.

İki övladı olan Günel Abdulovanın sözlərinə görə ailənin hal-hazırda qalacaq yerləri, yeyəcək yeməkləri yoxdu. Onlar yanmış evin bir küncünə qısılaraq, kərpiclər arasında yaşam mübarizəsi aparır.

Ev sahibi Günel Abdulovanın qolu qırıldığından heç bir fiziki işlə məşğul ola bilmir. Buna görə də ailənin vəziyyəti ikiqat ağırlaşıb, ailənin gəlir yeri yoxdur.

Sabunçu rayon İcra Hakimiyyəti məsələyə laqeyd yanaşır.

www.parla.az