“Eurovision” iştirakçıları Gəncə hadisələrinə həsr olunmuş klipi təqdim etdilər – VİDEObackend

"Eurovision" iştirakçıları Gəncə hadisələrinə həsr olunmuş klipi təqdim etdilər - VİDEO

“Eurovision” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova birlikdə çəkdikləri yeni klipdə Gəncədə baş vermiş faciələr barədə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

PARLA xəbər verir ki, “Say Hallelujah” mahnısına çəkilmiş video Fidanın rəsmi “YouTube” kanalında təqdim edilib.

Rejissor Ülviyyə Könül “Say Hallelujah” mahnısının 2018-ci ildə çəkilmiş klipini əsas götürərək yeni videonu “yığıb” və Gəncə hadisələri barədə söhbət açıb.

“Bu klip öz işinin əsl peşəkarlarının birgə işidir, onları birləşdirən bir məqsəd var – həqiqəti bəşəriyyətə çatdırmaq. Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil”.

Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanovundır. Bu misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

“Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır! Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır”.

 

www.parla.az