Erməniyə əl tutmaq əcəllə qucaqlaşmaqdırbackend

Erməniyə əl tutmaq əcəllə qucaqlaşmaqdır

Təəssüf ki, hazırda çoxlarının beyini Rembo, Axiles, Maksimus və başqa reallıqdan uzaq əfsanə personajları ilə dolub. Adam deyir bu maraq heç olmasa, özümüzün Məlikməmmədi, Koroğlusuna olaydı

Gəlin bir az da ötən əsrin real, gerçək qəhrəmanlarına, Azərbaycanın şücaət sahiblərinə nəzər yetirək. Behbud xan Cavanşir! Düzgün psixoloji, yazılı və efir istiqamətləndirilməsi olmadığı üçün bu ad çoxlarına tanış deyil. O, 1877-ci ildə Tərtərdə dünyaya gəlib. Tiflis realnı məktəbində alman təmayüllü təhsil alıb. 1902-ci ildə  Almaniyanın dağ-mədən akademiyasını fərqlənmə ilə bitirib.

Behbud xan Cavanşirin Almaniyadan gətirərək öz sahələrində əkdirdiyi yumşaq buğda növləri və uşaqlıq dostu Əlfinin fermer təsərrüfatında bəslənilən qara-ala buzovları Qarabağ iqliminə uyğunlaşmışdı. Qarabağda bu günə qədər yaddaşlarda qalmış “Behbudun çörəyi, Əlfinin qatığı” deyimi də görülən işin səmərəsinin təsdiqidir. O vaxt Qarabağda yolların abadlaşdırılması da, buraya ilk avtomobil gətirmiş Behbud bəyin adı ilə bağlıdır. Müxtəsər, alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini də öyrənmək üçün Londona gedib. 1907-ci ildə vətənə – Azərbaycana qayıdıb. Çar Rusiyasına aid o vaxtkı raportlarda “Difai” təşkilatının liderlərindən biri kimi göstərilir. Müstəqil Azərbaycan və xalqımız naminə çoxsaylı qəhrəmanlıqlar müəllifidir. Hətta 1918-ci ildə Fətəli xan Xoyski hökumətimizi quranda Behbud xan Daxili İşlər naziri vəzifəsinə təyinat alır.

Oxuduqca yazının başlığındakı “erməniyə əl tutmaq əcəllə qucaqlaşmaqdır”a aid fraqment axtarırsınızsa deyim – Behbud xan Tiflis məktəbində oxuyarkən Stepan Şaumyanla 8 il sinif yoldaşı olub. Düzü Dubinski-Muxadzenin “Şaumyan”  kitabında 6 il birgə təhsil aldıqları deyilir. Sinifdə hər kəsin yoldaş, dost, sirdaş olduğu kimslərsə olur. Heyif ki, ermənilərin məsumluq maskası, özlərini günahsız göstərməkləri o vaxt da işə yarayırdı. Təsəvvür edin , gör Behbud xan erməni qaniçənin dostluğuna necə aldanmışdı ki, 1908-ci ildə Şaumyanın “Xalq evi”nin müdiri təyin olunmasına kömək edir. Qaniçən erməni isə, “Daşnksütyun” partiyasını möhkəmləndirməklə məşğul olur.

 

Nə isə, Cumhuriyyətimiz dağıldıqdan sonra Nəriman Nərimanov Behbud xanı

Cənubi Qafqaz Sovetinin xarici ticarət təmsilçisi kimi Almaniyaya yollayır. 1921-ci ilin yayında Behbud xan həyat yoldaşı Tamara, qardaşları Surxay və Cümşüdlə İstanbula gedir və Difai qurucusu Əhməd bəy Ağaoğlunun qonağı olurlar. Əhmədin qızı Sürəyya xatirələrində qeyd edir ki, “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi…. Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib “Pere Palas” mehmanxanasına yerləşdilər.

Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik.” Belə ki, həmin il iyulun 17-də Behbud xan Cavanşirin həyat yoldaşı Tamara xanım, qardaşları CümşüdSurxayla gecə saat 23-00-da “Təpəbaşı” Ailə Kazinosunun İtalyan səfirliyinə baxan qapısından çıxaraq “Pere Palas” (Pera Palace) otelinə yönələrkən arxadan qaçaraq gələn, şapkasını gözlərinin üstünə qədər endirmiş cılız, kəsik bığlı, əyri burunlu birisinin Mauzer markalı silahdan açdığı atəşlə ağır yaralanması Murat Çulcunun “Ermeni entrikalarının pərdə arkası. Torlakyan davası” kitabında dəqiq təsvir olunur. Üç dəfə dalbadal açılan atəşdən sonra yaralı Behbud xanın qatilin üzərinə gedərkən yerə yıxılması, növbəti güllənin Tamara xanımla birgə qatilin silah tutan əlindən yapışmış iyirmi yaşlı Cümşüdün sol yanağını sıyırması , Galatasaray mərkəzi karakolunun polis məmuru Əli əfəndinin fit çalaraq hadisə yerinə yetişib Mişak Torlakyanı qandallaması və nəhayət xəstəxanaya çatdırılan Behbud xanın otuz beş dəqiqədən sonra heç bir tibbi müdaxilə edilmədən dünyasını dəyişməsi, rus inqilabı və hərcmərclik illərində dəfələrlə sui-qəsdlərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran bir igidin: “Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram!” son kəlmələri kitabda əksini tapıb. Ölümündən üç gün sonra bəzi qüvvələrin müqavimətinə baxmayaraq Behbud xanın Beşiktaşdakı Yəhya əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilir. Lakin ingilis hərbiçilərin qərargahinın yerləşdiyi Kroker otelində (indiki İstanbul Sənaye Odasının binası) saxlanılan terrorçu Misak Torlakyanın məhkəməsi bilavasitə cinayət hadisəsini deyil, millətlərarası münaqişəni birtərəfli araşdırmaqla siyasiləşdirdi. Məhkəmə prosesində qatil Torlakyan az qala millət qəhrəmanına  çevrilir, öldürülən Behbud xan isə Nuru paşa və Ənvər paşa ilə əlaqələrdə günahlandırılırdı.

Erməni dostluğuna inanıb, kömək etdiyi  Şaumyanın silahdaşları tərəfindən, sinif yoldaşının sifarişi ilə qətlə yetirilən azərbaycanlı – Behbud xan Cavanşir! Ölümündən sonra qardaşları Türkiyədə yaşamış, arvadı Tamara isə, son nəfəsinə kimi Moskvada tənha ömür sürməyi seçmişdi.  Özünün də məhkəmədə dediyi kimi: “Behbud xan kimi bir kişi tapmaq mümkünsüzdür”. Həqiqətən bir Azərbaycan türkü olaraq, atalarımız bizə ağlımız kəsməyə başlayandan “kişi ol, kişi kimi yaşa, mərd ol, satqın olma, yalan danışma, düzü, doğrunu tut” və s. gələcəyə tapşırıq kəlamları söyləyib, beynimizi bu cür formalaşdırıblar. “Ürək öz dostunu tanıyar” bunu da atalar deyib, 
amma etiraf edək ki, ürəyimizin yanıldığı nə çox insan olub…

Şamo Bədəlov

www.parla.az