Ermənistanın “Uraqan” yaylım atəş sistemi məhv edildi: Cəbrayılda erməni polkovniki öldürüldübackend

Ermənistanın "Uraqan" yaylım atəş sistemi məhv edildi: Cəbrayılda erməni polkovniki öldürüldü

Ermənistan Silahlı Qüvvələrinin “Uraqan” yaylım atəş sistemi məhv edilib.

PARLA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir. Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib”, – deyə Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib.

www.parla.az