Ermənistanın Müdafiə Nazirliyi: İtkilərimiz artıb, yaralılarımız var – FOTOFAKTbackend

Ermənistanın Müdafiə Nazirliyi: İtkilərimiz artıb, yaralılarımız var - FOTOFAKT

Ermənistanın Müdafiə Nazirliyi, həmişə olduğu kimi, hərbçilərin itkisini gizlədir.

İyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya ilə atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Ancaq Ermənistan Müdafiə nazirliyini yalan məlumatına əsasən sosial şəbəklərdə yayılan məlumatlarla ölkədə çaşqınlıq yaranıb. Sosial şəbəkələrdə aydın şəkildə yazılır ki, Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlarla ictimaiyyəti aldatmaqda davam edir.

Bir neçə dəqiqə əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan həyəcanlı paylaşım edib və dərhal məlumatı silinib. Sosial şəbəkədəki rəsmi səhifədə Şuşan Stepanyan hərbçilərə qana ehtiyacı olduğunu qeyd etmiş və kömək istəməşdi. Hər kəsi donor olmağa çağırış etmişdir. Şuşan Stepanyan dərc etdiyi statusda vəziyyətin pisləşməsi ilə bağlı və çoxsaylı itkilər,və yaralılar barədə yalan danışmağa məcbur olduğunu etiraf etdi. Müdafiə Nazirliyinin itkilərlə bağlı rəsmi açıqlaması həqiqətə uyğun deyil, sosial şəbəkələrdə Şuşan Stepanyan böyük itkilər və yaralılar haqqında etiraf edib.

PARLA BAKUTİME.AZ istinadən Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tərəfindən rəsmi səhifəsində dərc edilmiş və bir neçə dəqiqə sonra silinmiş postu təqdim edirik.

www.parla.az