“Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq”backend

“Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq”

“Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmi iki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktiv tərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistan prezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistanın baş naziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan və mənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir. Beləliklə, o dedi ki, “Qarabağ Ermənistandır”. Bu, danışıqları mənasız edir”.

PARLA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “CNN International” televiziya kanalının “The Connect World” verilişində müsahibəsi zamanı “Siz Moskvanın sülh danışıqları üçün müraciətini səciyyələndirməyə hazırsınızmı?” sualını cavablandırarkən deyib.

İlham Əliyev qeyd edib: “Siz necə “Qarabağ Ermənistandır” deyə və əraziləri geri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın baş naziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq”

www.parla.az