Ermənistanın Azərbaycanla sərhəd bölgəsində güclü partlayış baş veribbackend

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində güclü partlayış baş verib

Ermənistanın Tavuş vilayətinin Berd şəhərində partlayış qeydə alınıb.

PARLA xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Partlayışın Berd Şəhər Polis İdarəsində baş verdiyi bildirilir.

Rəsmi məlumata görə, ölən və xəsarət alanlar yoxdur.

Polis idarəsinin binasına ciddi ziyan dəyib. Yaxınlıqda əl qumbaraları tapılıb.

www.parla.az