Ermənistanın Azərbaycan tərəfindən məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının SİYAHISIbackend

Ermənistanın Azərbaycan tərəfindən məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının SİYAHISI

“Sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vurulub”.

PARLA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı Ermənistanın Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının siyahısını açıqlayıb: “16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 ədəd “Uraqan”, 10 ədəd özüyeriyən artilleriya qurğusu (8 Aksiya, 2 Qvozdika), 36 piyadaların döyüş maşını, 24 ədəd artilleriya batareyası, 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 ədəd OSA zenit-raket kompleksi, 2 ədəd KUB zenit-raket kompleksi, 4 ədəd “Repelend” radiotexniki maneə vasitəsi, 136 ədəd top, 56 minaatan, 1 ədəd TOS-1 A odsaçan, 2 ədəd radiolokasiya stansiyası, 1 ədəd “Kalçuqa” anteni məhv edilib”.

www.parla.az