Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan Rusiyadırbackend

Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan Rusiyadır

“Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan beynəlxalq hüquq deyil, Rusiyadır.”

PARLA bildirir ki, bu sözləri millət vəkili Erkin Qədirli öz Facebook səhifəsində yazıb.

“Hökumətdən müxalifətdən və s. kimsə Ermənistana hücum haqqında danışarsa, burada beynəlxalq hüquqa zidd heç nə olmayacaq (biz tərəfdən təcavüz sayılmayacaq). Yetər ki, legitim hərbi hədəflərlə legitim olmayan mülki hədəfləri qarışıq salmayaq. Əslində, Prezidentin o gün dediyi kimi, Ermənistan bizimlə təkbətək savaşarsa, gedişat belə ola bilər:

1) Naxçıvandan ordumuz hücum edir və Mehrini alaraq Ermənistanın İrana yolunu bağlayır;

2) eyni zamanda ordumuz Ermənistanın şimalına hücum edir və onun Gürcüstana yolunu bağlayır;

3) Ermənistan məcbur olur qoşunlarının önəmli hissəsini Qarabağdan çəksin ki, öz ərazisini müdafiə edə bilsin;

4) bu zaman da ordumuz əsas hücumunu Qarabağda başlayır.

Beynəlxalq hüquqa görə bunu etməyə haqqımız var. Yalnız, bunun üçün gərək gerçəkdən Ermənistanla təkbətək olaq. Ermənistanın ərazisində hərbi əməliyyat aparmağımıza mane olan beynəlxalq hüquq deyil, Rusiyadır.”

www.parla.az